Foto arxiv, video paylaşımlar, elmi konfranslar. Instagram reels, YouTube videoları — nevrologiya mövzusunda məlumatlandırıcı məzmun.
Nevrologiya, neyrocərrahiyyə, OTX telemedisina mövzusunda məlumatlandırıcı video paylaşımlar.
Baş ağrısı, bel ağrısı, keyimə — diaqnostika dərhal MRT demək deyil. Söhbət, müayinə, sonra lazım olan tədqiqat.
Disk yırtığının hər halı cərrahi müdaxilə tələb etmir. MRT görüntüsünü yox — klinik vəziyyəti qiymətləndiririk.
Beyincik badamcıqlarının yerdəyişməsi, simptomlar, müalicə — MRT-də Kiarı = mütləq əməliyyat deyil.
Baş ağrısı, bel ağrısı — hər simptom internet axtarışı ilə yox, klinik düşüncə ilə başa düşülür.
Əzələ gərginliyi, faset oynaqları, sinir sisteminin həssaslığı — MRT "təmiz" olsa da ağrı real ola bilər.
CGRP preparatları, Botulinum toksin, Cefaly cihazı — müasir profilaktika ilə tutmaları azaltmaq mümkündür.
Məruzə mövzusu: "Kiarı malformasiyası tip I-də serebellar tonzillar ektopiyasının dərəcəsinə əsaslanan cərrahi strategiyanın təkmilləşdirilməsi"
Beynəlxalq elmi-praktik konqres. Həmkarlarla diaqnostika protokolları üzrə fikir mübadiləsi.
18 dekabr 2024 — Azərbaycanda ən böyük nevroloji toplantı. Məruzə ilə iştirak, profesyonal əlaqələrin genişləndirilməsi.
İki günlük intensiv klinik kurs. İnsult protokolları, reanimasiya, kəskin nevroloji yardım.